“İtaliya, Azərbaycan səninlədir!” – Bakı Media Mərkəzindən İtaliyaya dəstək VİDEOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

“İtaliya, Azərbaycan səninlədir!” – Bakı Media Mərkəzindən İtaliyaya dəstək VİDEOSU

20:27 - 31 / 03 / 2020
“İtaliya, Azərbaycan səninlədir!” – Bakı Media Mərkəzindən İtaliyaya dəstək VİDEOSU

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni video-çarx hazırlayıb.

1news.az-ın verdiyi xəbərə görə, video, hazırda dünya üzrə Covid-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub.

İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu video çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının ,  dost İtaliya xalqına dəstəyi ifadə olunur.

İzləyicilər , skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında  italyanların sevilən musiqi əsərlərindən  biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur.  İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda  italyan dilində  “İtaliya, Azərbaycan səninlədir!” , “Evdə qalın!” , “ Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur. 

Məlumat üçün bildirək ki, video-çarx  Azərbaycanda Covid-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

Həmin videonu Bakı Media Mərkəzinin sosial şəbəkədəki səhifələrindən izləyə bilərsiniz:

Facebook: https://www.facebook.com/bakumediacenter/videos/2579714855577689/

Instagram: https://www.instagram.com/p/B-Z2GWVpBwn/

S.Xankişiyeva

 

 

 

 

 

 

Paylaş:
1300

Son xəbərlər

Bütün xəbərlər