Kamaləddin Qafarov: “Qələbəmizin addım səsləri daha aydın şəkildə eşidilir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Qələbəmizin addım səsləri daha aydın şəkildə eşidilir”

11:28 - 19 / 10 / 2020
Kamaləddin Qafarov: “Qələbəmizin addım səsləri daha aydın şəkildə eşidilir”

“Oktyabrın 17-də gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması, nəticədə dinc sakinlərin- qadınların, qocaların və uşaqların həlak olması bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir” .

Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov  söyləmişdir.

O, bidirmişdir ki, gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması  nəticədə 14 dinc sakin, o cümlədən 4 qadın, 3 azyaşlı uşağın həlak olmuş, 2 uşaq itkin düşmüş və  50-a yaxın  dinc sakin  müxtəlif dərəcəli bədən xəsarətləri  almışdır. Beləliklə, döyüş meydanlarından çox-çox  uzaqlarda öz gündəlik mülki qayğıları ilə yaşayan zaman qətlə yetirilmiş vətəndaşlarımızın sayı 60-a çatmışdır. Bu, bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir.   Bu qanlı əməllə Ermənistanın azğın  rəhbərliyi növbəti dəfə  hərbi cinayət törətmiş, öz vəhşi, cəllad xislətini bir daha təsdiqləmişdir. Gəncə şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin raket-artilleriya  atəşinə tutulması nəticəsində yüzlərlə ailə  evsiz-eşiksiz qalmışdır.

Oktyabrın 16-da Naxçıvanın Ordubad rayonuna və  bir gün sonra da Gəncəyə və digər rayonlarımıza  edilən raket hücumları  bir daha göstərir ki,  Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda  faciəvi məğlubiyyət və qorxunc bir son ərəfəsində olduqu  üçün  müharibənin miqyasını hər vasitə ilə böyütməyə çalışır. Nəhayət, oktyabrın 18-də əldə olunmuş atəşkəs rejiminin cəmi bir neçə dəqiqə sonra pozulması, Ermənistan haqqında olan ən pis fikirləri bir daha təsdiqlədi.

Millət vəkili demişdir ki, bu xain hücumlarla Azərbaycan xalqını qorxutduqlarını düşünən  qorxaq, miskin  erməni işğalçıları, son dövrlərdə dəfələrlə olduğu kimi, yenə də səhv edir, yanılırlar. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyildir. Bu cür  quldur metodları ilə Azərbaycanı sarsıtmaq, onu haqq yolundan döndərmək qeyri-mümükündür və bu sonsuz inamın nəticəsini onlar qısa  zaman kəsiyində bir daha yəqin edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, “ ...Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərdi. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz".

Millət vəkili bildirmişdir ki, dinc əhaliyə əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq  müharibə cinayətidir və erməni quldurları  bu cinayətə görə məsuliyyət  daşıyacaqlar. Gəncəyə, eləcə də digər şəhər,rayon və kəndlərimizə edilən alçaq erməni hücumları XXİ əsrin ən dəhşətli soyqırımıdır. Onların cavabı  döyüş meydanında artıqlaması ilə veriləcək. Şəhid olan günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Prezidentimizin də dediyi kimi, "Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir".

Füzuli, Cəbrayıl şəhərlərinin, Hadrut qəsəbəsinin və 60-a yaxın kəndin  işğaldan azad edilməsi, Xudafərin üzərində yenidən Azərbaycan bayrağının dalğalanması, düşmənin vahimə və panika içərisində döyüş meydanından qaçması böyük Qələbəmizin addım səslərini daha aydın şəkildə eşitdirir.

Kamaləddin Qafarov  döyüş meydanlarında, dinc yaşayış məntəqələrinə düşmən hücumlarında , həmçinin Gəncə şəhərində həlak olan soydaşlarımıza Allahdan rəhmət və yaralılara şəfa arzulayaraq demişdir ki, Ermənistanın süqut ərəfəsində olan hazırkı quldur hərbi-siyasi hakimiyyəti bununla nə Silahlı Qüvvələrimizi, nə də  mülki əhalini qorxuda biləcək. Azərbaycan xalqı mərddir,  heç nədən çəkinmir,  qorxmur. Qələbə bizim olacaq!

Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
628

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər