Kamaləddin Qafarovun seçicilərlə möhtəşəm görüşü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarovun seçicilərlə möhtəşəm görüşü – FOTO

09:30 - 29 / 01 / 2020
Kamaləddin Qafarovun seçicilərlə möhtəşəm görüşü – FOTO

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş  Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

K.Qafarov yanvarın 28-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iclas salonunda rayon  sakinləri ilə görüşmüşdür. 500 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə seçki dairəsinin müxtəlif ərazilərində  yaşayan insanlar millət vəkilliyinə namizəd K.Qafarova  rəğbət və dəstəklərini nümayiş etdirmişlər.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiysı Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq müasir tarixi şəraitdə parlamentarizm, dövlət quruculuğu və dövlətimizin insanların rifahını yüksəltmək üçün göstərdiyi fasiləsiz  səylərdən danışmışdır. O, göstərmişdir ki, seçicilərin tarixi rolu parlamentə ölkəni irəli apara biləcək yeni qüvvələrin seçilməsindən və taleyüklü  vəzifələrin reallaşması üçün əzmkarlıq və prinsipiallıq göstərilməsindən ibarətdir.

Səmimilik və qarşılıqlı etimad  şəraitində baş tutmuş görüş zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik,  dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat vermiş, onlarla  fikir mübadiləsi aparmışdır. Seçicilərin çoxsaylı sullarını cavablandıran K.Qafarov ölkənin gələcəyinin bu seçkilərdən asılı olduğunu bildirmiş, seçiciləri fəal olmağa səsləmişdir.

Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə etmiş, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.

Paylaş:
2310

Son xəbərlər

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44
Bütün xəbərlər