Bakı buxtasında su səthindəki neft ləkələri və tullantılar təmizlənir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı buxtasında su səthindəki neft ləkələri və tullantılar təmizlənir - FOTO

Qafar Ağayev11:38 - Bu gün
Bakı buxtasında su səthindəki neft ləkələri və tullantılar təmizlənir - FOTO

Bakı buxtasının Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində su səthinin müxtəlif tullantılardan təmizlənməsi işləri davam edir.

1news.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.

Tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.

İşlər çərçivəsində FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, həmçinin sahilyanı ərazilər təmizlənir.

Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər