Pakistanda PARTLAYIŞ : Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Pakistanda PARTLAYIŞ : Ölənlər var

First News Media11:50 - Bu gün
Pakistanda PARTLAYIŞ : Ölənlər var

Ötən bazar günü Pakistanın Harnay şəhərində yerləşən kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində dörd mədənçi həyatını itirib, daha dörd nəfər isə ağır xəsarət alıb.

1news.az-ın “Dawn” nəşrinə istinadən verdiyi məlumata görə, partlayışın ardından şaxtada yanğın baş verib və ümumilikdə səkkiz mədənçi yerin altında köməksiz vəziyyətdə qalıb.

Bəlucistanın Mədənlər üzrə Baş Müfəttişi Məhəmməd Atif bildirib ki, xilasetmə əməliyyatı zamanı dörd mədənçi sağ vəziyyətdə çıxarılıb. Digər dörd mədənçinin isə meyitləri aşkarlanaraq şaxtadan çıxarılıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər