1news.az

KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi – FOTO

21 Oktyabr saat 09:23 ~ 1 dəqiqəlik oxu 219
KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi – FOTO

Oktyabrın 18-də Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Churros” ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, “Fəvvarələr meydanı”nda yerləşən “Churros”da İspaniya şirniyyatı olan “churros”un hazırlanması və satışı həyata keçirilir. Eyni zamanda burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda “Churros”da 5 nəfər işlə təmin edilib.

KOBİA tərəfindən “Churros” ictimai-iaşə obyetinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. kimi istiqamətlərdə dəstək göstərilib.

“Churros” şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.

KOBİA mikro və kiçik sahibkarların ölkə iqtisadiyyatında rolunun və məşğulluqda payının artırılması üçün bir sıra biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına dəstək göstərib. Agentlik dövlət dəstəyi mexanizmləri və öz xidmətləri hesabına startapların və sahibkarların biznes təşəbbüslərinin və layihələrinin reallaşdırılmasına dəstəyini davam etdirəcəkdir.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net