Könül Nurullayeva Keşlə qəsəbəsində yerləşən Şah Abbas məscidində ağsaqqal və dindarlarla görüş keçirib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva Keşlə qəsəbəsində yerləşən Şah Abbas məscidində ağsaqqal və dindarlarla görüş keçirib – FOTO – VİDEO

15:45 - 24 / 01 / 2020
Könül Nurullayeva Keşlə qəsəbəsində yerləşən Şah Abbas məscidində ağsaqqal və dindarlarla görüş keçirib – FOTO – VİDEO

24 saylı Nizami Birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün seçki qərargahının üzvləri ilə Keşlə kənd məscidini ziyarət edib.

Görüşlə bağlı Könül Nurullayevanın Facebook səhifəsində paylaşım edilib:

“Dəyərli seçicilər!

Əziz dostlar!

Bu günlərdə 24 saylı Nizami seçki dairəsindən parlament seçkilərində namizədliyini irəli sürən K.Nurullayeva seçki qərargahının üzvləri ilə Keşlə kəndində yerləşən 400 yaşı olan Şah Abbas məscidini ziyarət edib. Məqsəd hər bir nəcib işə başlayarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq kimi vacib məqam olub.

Bilirsiniz ki, son 15 ildə Nizami 1-ci seçki dairəsinin deputatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, hörmətli Rövnəq Abdullayev olub. Onun millət vəkili kimi bu dairədə gördüyü işlərin miqyası kifayət qədər geniş olub və yüksək keyfiyyəti ilə seçilib. Rövnəq bəy həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, həm də Azərbaycan Cüdo Federasiyasına rəhbərlik edir, bundan başqa, ölkəmizin ev sahibliyi etdiyi bir neçə irimiqyaslı idman yarışının Təşkilat Komitəsində təmsil olunub.

Azərbaycan üçün vacib olan bu idman layihələrinin bir çoxunda Könül Nurullayeva və Rövnəq Abdullayev birgə fəaliyyət göstəriblər. Məhz bu səbəbdən təşviqat kampaniyasına başlayarkən Rövnəq müəlllimin də dəstəyini almaq K.Nurullayeva üçün əsas şərtlərdən olub. O Rövnəq bəyə şəxsən Şah Abbas məscidini birgə ziyarət etmək və kənd ağsaqqalları ilə görüşmək təklifi ilə müraciət edib. Rövnəq Abdullayev təklifi qəbul etdiyi üçün Könül Nurullayeva ona öz təşəkkürünü bildirib.

Keşlə qəsəbəsində çox səmimi keçən görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasətdən söz açılıb, həyata keçirilən böyük işlərdən və tarixi islahatlardan danışılıb. Sonra qəsəbə sakinləri ilə danışıqlar aparılıb, onları narahat edən məsələlər, problemlər müzakirə olunub. Könül Nurullayeva sakinlərin qaldırdığı bütün məsələləri daim diqqətdə saxlayacağına söz verib”.

Qeyd edək ki, Könül Nurullayevanın seçiciləri ilə görüşləri davamlı olacaq və bu görüşlər seçki dairəsinin bütün məntəqələrini əhatə edəcək.

1news.az

Paylaş:
5289

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər