Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO

16:52 - 31 / 07 / 2020
Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa etdi - VİDEO

Məlum olduğu kimi, 21 iyul 2020-ci il tarixində yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los Anceles Polis İdarəsi (LAPD) hazırda azərbycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəmnində törədilən cinayət maddəsi üzrə araşdırır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia ediblər. Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər. Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.

Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olundu video görüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb:

Baş Konsulluq həmçinin bu məlumatı və həmin maşının nömrəsini LAPD-yə bildirib.

Bundan əlavə, baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib. Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los Anceles bölməsinin rəisi Rendi Qodard Twitter sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb. O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb. O həmçinin polisin adına ləkə gətirən bu iddialardan məyus olduğunu dilə gətirib.

Beləliklə, radikal erməni lobbisinin daha bir yalanının üstü açılmış oldu.

1news.az

Paylaş:
892

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər