1news.az

Millət vəkili Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib – FOTO

10 İyul saat 17:20 ~ 1 dəqiqəlik oxu 10790
Millət vəkili Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib – FOTO

“Bu gün Azərbaycan Respublikası Milli Məclisində təmsil etdiyim Abşeron və Qobustan rayonları üzrə müraciətlər əsasında keçirilən videoqəbulda 15 vətəndaş iştirak etdi”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

“Abşeron rayonu (Ceyranbatan, Hökməli, Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan rayonundan (Çuxanlı, Nabur, Şıxzahırlı, Təsi və Xilmilli kəndləri) infrastruktur, kommunal xidmətlər, sosial müavinət, idman, hüquq, əmlak və ictimai birlik məsələləri üzrə daxil olan müraciətlər əsasında sakinlərimizin qəbulu həyata keçirildi. İlkin olaraq müraciətlər əsasında ətraflı fikir formalaşdırılması üçün suallar verildikdən sonra növbəti addımların təyin edilməsi ilə bağlı danışıqlar aparıldı.

Qeyd edim ki, xüsusi karantin rejiminin şərtlərini nəzərə alaraq videoqəbullar onlayn formada keçirilməyə davam edəcəkdir.”

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net