Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb – Siyahı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb – Siyahı

Qafar Ağayev12:17 - Bu gün
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb – Siyahı

Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

1news.az xəbər verir ki, səsvermə yolu ilə müəyyənləşən İdarə Heyətinə 23 nəfər daxil edilib.

Qeyd edək ki, qurultayda Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib. O, əvvəlki sədr Rəşad Məcidin yerinə bu vəzifəni icra edəcək.

Mətbuat Şurası İdarə Heyətinin jurnalistlər arasından seçilən yeni üzvlərinin siyahısını təqdim edirik:

1. Hacıbəy Heydərli – “Azxeber.com” saytı;
2. Orxan Amaşov – AnewZ;
3. Səadət Məmmədova – ATV;
4. Nurşən Quliyev – APA;
5. Vüqar Rəhimzadə – “İki sahil” qəzeti;
6. Elşad Eyvazlı – Modern Media Qrupu;
7. Seyfəddin Hüseynli – “525-ci qəzet”;
8. Qalib İbrahimoğlu – “Bakivaxti.az” saytı;
9. Fərid Şahbazlı – “Editor.az” saytı;
10. Elçin Alıoğlu – “Trend” İnformasiya Agentliyi;
11. Anar Tahirov – “Bizim.media” saytı;
12. Vəfa Həmzəyeva – Real TV;
13. Elmira Musayeva – CBC;
14. Hümbət Musayev – “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini;
15. Vüqar Zifəroğlu – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi;
16. Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;
17. Əminə Yusifqızı – veteran jurnalist;
18. Bəhruz Məmmədzadə – “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi;
19. Ayaz Mirzəyev – Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi;
20. Fərid Pərdəşünas – Technote Media Şirkəti;
21. Könül Niftəliyeva – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi;
22. Azər Həsrət – Bayraqdar Media;
23. Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər