Mübariz Əhmədoğlu: Lavrovun Yerevanda ikibaşlı bəyanatları onun xarakterindən doğur | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Lavrovun Yerevanda ikibaşlı bəyanatları onun xarakterindən doğur

15:35 - 15 / 11 / 2019
Mübariz Əhmədoğlu: Lavrovun Yerevanda ikibaşlı bəyanatları onun xarakterindən doğur

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri bir müddət gündəlikdə qalacaq. Ehtimal ki, Dağlıq Qarabağ tənzimlənməsində arxitektur dəyişikliklər baş verir. Bütün bunları anlamaq üçün müəyyən qədər vaxt lazımdır. Amma 3 məsələ aydındır.

Sergey Lavrov Yerevanda “Dağlıq Qarabağ xalqı”, Dağlıq Qarabağ əhalisi” terminini işlətdi. Bu termin Lavrovun, ümumiyyətlə Rusiya rəsmilərinin dilində ilk dəfə idi səslənirdi. Çünki hal-hazırda Dağlıq Qarabağın statusunu müəyyən edəcək subyektin kimliyi çox ciddi müzakirə mövzusudur. Ermənilərin də bütün özünü aldatmaları onun üzərində qurulub. S.Lavrov bu termini işlətməklə bəlli oldu ki, 25 il ərzində tənzimlənmə prosesində ermənilər “Dağlıq Qarabağ xalqını” təqdim edə bilməyiblərsə, bundan sonra da təqdim edə bilməyəcəklər.

Amma Lavrovun “Dağlıq Qarabağ əhalisi” ifadəsindən əvvəl “Dağlıq Qarabağ xalqı” frazasını işlətməsi də təsadüfi hesab edilməməlidir. Dağlıq Qarabağ ermənilərinin separatizminin alovlanmasında dünya erməniliyinin bütün tərkib hissələri iştirak edib. Buna görə Lavrov eklektik mövqe-real həqiqətlə yanaşı, erməni arzusunu ifadə etməyə məcbur olub.

“Dağlıq Qarabağ xalqı”nın qəbul etmədiyi sənədi Ermənistanın imzalamayacağını qürurla bəyan edən Lavrov ATƏT-in konsensus mexanizmini tənzimlənmənin əleyhinə olduğunu fəxrlə bildirir. Azərbaycanın alternativ vasitəçilik axtarışlarının mahiyyəti məhz bundadır.

S.Lavrovun Yerevanda səsləndirdiyi bəyanatlar Ermənistan rəhbərliyinə, xüsusən Paşinyan və Mnasakanyana ruh yüksəkliyi verdi. Başqa effekt yoxdur və yaxın gələcəkdə də Ermənistanda hamı Lavrovun səfərindən dərin peşmançılıq hissi keçirəcək.

RF Xİ naziri S.Lavrov erməni siyasətçilərinin arzusunu müəyyənləşdirdi və çox dəqiqliklə həmin arzunu həyata keçirtdi. Sən demə Ermənistan siyasətçilərinin, dövlət rəsmilərinin və politoloqlarının arzusu “dəvəquşu” olmaq imiş. S.Lavrov onların doğrudan da əsl “dəvəquşu” kimi görünməsinə imkan yaratdı.

S.Lavrov Yerevana bioloji laboratoriyalarla bağlı müqaviləni imzalamaq üçün gəlmişdi. Amma həmin müqavilə imzalanmadı və onun dalısınca da Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşev MDB məkanındakı laboratoriyalarla bağlı kifayət qədər ciddi açıqlamalar verdi. RF Xİ naziri S.Lavrovun bioloji laboratoriyalar haqqında müqaviləni imzalamamasının səbəbi və yaxud Ermənistanın guya həmin müqavilənin imzalanmasını təxirə salması isə bu tamam ayrı bir mövzudur. Ortada Ermənistanın razılıq verdiyi qat-qat ciddi məsələlər var. Tədricən yaxın vaxtlarda bunları izah etməyə çalışacağıq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
620

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər