1news.az

Mübariz Əhmədoğlu: Paşinyan “Dağlıq Qarabağ əhalisi”nin marağını tanımalıdır

22 İyul saat 09:50 ~ 2 dəqiqəlik oxu 935
Mübariz Əhmədoğlu: Paşinyan “Dağlıq Qarabağ əhalisi”nin marağını tanımalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzən öz “icadlarına” vurulur və tez-tez təkrarlayır. Onun belə icadlarından biri “Dağlıq Qarabağ tənzimlənməsi variantının Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına cavab verməlidir” fikridir.

N.Paşinyanın bu tezisini ermənilər arasında rəy fomalaşdırmaq kimi də başa düşmək olar. Paşinyan ermənilərə aşılayır ki, Azərbaycanın maraqları tanınmadan Dağlıq Qarabağ məsələsi həll olunmayacaq. Ermənilərin əksəriyyətinin fikrincə, Dağlıq Qarabağ yalnız ermənilərin marağı əsasında həllini tapmalıdır. Paşinyanın  bu fikrində beynəlxalq ictimaiyyəti aldatmaq, beynəlxalq aləmdə əksəriyyətin məlumatsızlığından sui-istifadə konteksti də var; “Artsax” (Dağlıq Qarabağ) xalqı və yaxud Dağlıq Qarabağ ermənisi adlı xalq yoxdur. Dağlıq Qarabağdakı ermənilər İrandan köçürüldükləri üçün dillərində 15 faiz fars-türk sözləri var.

Qərbi ermənilərlə Yerevandakı ermənilər arasındakı fərq təxminən 80 faizdir. Hətta bir-birlərinin dillərini başa düşmürlər. Ermənistan ermənisi ilə diaspor ermənisinin danışması üçün tərcüməçi gərək olur.

N.Paşinyan beynəlxalq aləmə hörmət etmək vərdişinə sahiblənməlidir. Görünür N.Paşinyan vəzifədən getməyi düşündüyü üçün beynəlxalq ictimaiyyətə hörmət anlayışını ağlına gətirmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladığı sənədlərdə də “Dağlıq Qarabağ əhalisi” ifadəsi mövcuddur. Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün vacib məsələləri “Dağlıq Qarabağ əhalisi” müəyyən etməlidir. “Dağlıq Qarabağ əhalisi” dedikdə Dağlıq Qarabağın erməniləri və azərbaycanlıların birgə məcmuyu başa düşülür.

N.Paşinyan ATƏT-in Minsk Qrupunu qaçırtmaq istəmirsə “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi “Dağlıq Qarabağ əhalisinin” maraqlarına xidmət etməlidir” tezisini aktuallaşdırmalıdır.

N.Paşinyan ancaq öz-özünü aldada bilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistanda problemlərin yaranmasını xeyli sürətləndirib.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net