Nazirlik: General-mayor Polad Həşimov əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Nazirlik: General-mayor Polad Həşimov əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub

10:21 - 03 / 08 / 2020
Nazirlik: General-mayor Polad Həşimov əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub

General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildirilir ki, nəyinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndirilir. İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Müdafiə Nazirliyi bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik.

Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir.

Qafar Ağayev

Paylaş:
916

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər