Nazirlik oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı açıqlama yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı açıqlama yaydı

12:29 - 22 / 09 / 2020
Nazirlik oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı açıqlama yaydı

Yevlax şəhərində yaşayan C.Xəlilovu döyərək zorla saxlamaqda, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaqda şübhəli bilinən X.Balayev və R.Ramazanov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, sentyabrın 11-də Yevlax şəhərində yaşayan əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirmişdir.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülmüşdür.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanmışdır.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıb09 / 05 / 2024, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEO09 / 05 / 2024, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıb09 / 05 / 2024, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO09 / 05 / 2024, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ09 / 05 / 2024, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib09 / 05 / 2024, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb09 / 05 / 2024, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub09 / 05 / 2024, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTO09 / 05 / 2024, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcək09 / 05 / 2024, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik09 / 05 / 2024, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub09 / 05 / 2024, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır09 / 05 / 2024, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”09 / 05 / 2024, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq09 / 05 / 2024, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib09 / 05 / 2024, 12:26Sabah 25 dərəcə isti olacaq - Proqnoz09 / 05 / 2024, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTO09 / 05 / 2024, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLAR09 / 05 / 2024, 11:54Şahdağa qar yağıb - Faktiki hava09 / 05 / 2024, 11:22
Bütün xəbərlər