Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

First News Media13:18 - Bu gün
Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

1news.az xəbər verir ki, araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Araşdırma davam etdirilir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər