Bakıda evdən 10 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 10 min manatlıq oğurluq olub

First News Media11:17 - Bu gün
Bakıda evdən 10 min manatlıq oğurluq olub

Bakıda evdən 10 min manatlıq oğurluq olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı onlar evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər