1news.az

Operativ Qərargah: Azərbaycanla digər ölkərlər arasında da hava reyslərinin açılmasına baxıla bilər

30 İyun saat 18:51 ~ 1 dəqiqəlik oxu 3880
Operativ Qərargah: Azərbaycanla digər ölkərlər arasında da hava reyslərinin açılmasına baxıla bilər

"Azərbaycan ilə digər ölkələr arasında hava reyslərinin açılması məsələsinə baxıla bilər".

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

Onun sözlərinə görə, Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər.

H.Hacıyev vurğulayıb ki, ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər.

PA rəsmisi əlavə edib ki, İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net