Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirilib

First News Media17:39 - Bu gün
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirilib

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün vəziyyəti pisləşən aktyor özəl klinikaların birinə aparılıb.

48 yaşlı sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq. R.Səfərov bildirdi ki, hazırda vəziyyəti ötən günlə müqayisədə yaxşıdır: “Dünən dərs keçdiyim zaman kürəyimdə qəfil ağrı qopdu, sanki bıçaq saplandı. Nəfəs ala bilmirdim. İndi xeyli yaxşıyam, müalicələr davam edir. Məndə əsas problem şəkərdir. O yüksək olduğu üçün ürək-damarda da problemlərə səbəb olub. Şəkər xəstəliyi məndə ürək sıxıntıları və oksigen çatışmazlığı yaradıb”.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər