Öyrənmək hər uşağın haqqıdır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Öyrənmək hər uşağın haqqıdır – FOTO – VİDEO

15:43 - 01 / 06 / 2020
Öyrənmək hər uşağın haqqıdır – FOTO – VİDEO

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Azercell Telekom” MMC tam fərqli bir layihə gerçəkləşdirir. Uşaqların inkişafına daima xüsusi diqqətlə yanaşan Azercell bu dəfə 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağın dil öyrənməsinə kömək edəcək “Busuu” tətbiqinə çıxışını təmin edir. 

Bütün dünyada məşhur olan “Busuu” - xarici dil öyrənmə mobil tətbiqinin 90 milyondan çox istifadəçisi var. “Busuu” xarici dil öyrənmək üçün ən yaxşı 10 mobil tətbiqlərdən biridir. Tətbiq vasitəsilə eyni anda 12 dil öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini keçirmək mümkündür. Bu tətbiq beynəlxalq McGraw-Hill dil sertifikatını qazanmaq imkanı da verir.

“Öyrənmək hər bir uşağın haqqıdır” mesajını daşıyan kampaniya çərçivəsində Azercell fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan, həmçinin aztəminatlı ailələrin uşaqlarına, autizm sindromlu uşaqlara, eləcə də aprel şəhidlərinin və qazilərinin övladlarına “Busuu” - dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar hədiyyə edir. Şirkət tərəfindən təqdim olunan imkanlar bununla bitmir. Zəruri hallarda Azercell Mobil Müştəri xidmətinin əməkdaşları regionlara səfər edərək bu tətbiqə qoşulmaq üçün ailələrə dəstək olur və pulsuz nömrələr də paylayırlar.

Hər bir uşağın özünü inkişaf etdirməsi və xarici dil öyrənməsinə dəstək olacaq bu xeyriyyə kampaniyası ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edir. Ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti və Uşaq Paralimpiya Komitəsi, həmçinin “Birgə və sağlam”, “Zəfər” İctimai Birlikləri tərəfindən təqdim olunub. Bu layihənin gerçəkləşməsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də dəstək verib. 

“Azercell Telekom” MMC yarandığı ilk gündən uşaqların təhsili və uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif layihələr həyata keçirir. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti artıq 10 ildir uşaqlara ilkin psixoloji, emosional yardımın, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi üzrə çalışır. Uşaq Paralimpiya Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial həyata inteqrasiya imkanları yaradılır. Azercell-in digər unikal layihəsi kimsəsiz və yardıma ehtiyacı olan, aztəminatlı ailələrin uşaqları üçün “Mobil Diş” və “Mobil Göz” Klinikalarının yaradılmasıdır. Hər il səyyar klinikalar tərəfindən minlərlə uşağa pulsuz tibbi xidmət göstərilir, onların müayinəsi həyata keçirilir. Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz İnternet məzmunundan qorumaq üçün “Azercell Kids” adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Bundan əlavə, Azercell şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideyinlər üçün təlim proqramları təşkil edib.

“Azercell Telekom” MMC ildə yalnız bir gün deyil, daima uşaq hüquqları və uşaqların sağlam inkişafı məsələlərini cəmiyyətin diqqətində saxlamaq, uşaqların rifahının yüksəlməsinə dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir və buna davam edəcəkdir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

Paylaş:
457

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər