“Pandemiyanın yayılma təhlükəsi artır” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pandemiyanın yayılma təhlükəsi artır” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

19:18 - 29 / 10 / 2020
“Pandemiyanın yayılma təhlükəsi artır” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Bu gün ölkəmizdə koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər isə sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 9928 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 331 min 287 test aparılıb. Bugünkü test sayı isə 11813-dür.

Göründüyü kimi ölkəmizdə koronavirusa yoluxma sayı artan şkala üzrə davam edir. Bu hal dünya ölkələrində daha da acınacaqlı vəziyyətdədir.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Pandemiyanın yayılma təhlükəsi artır” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli Məclisin deputatı Sevil Mikayılova, tibb elmləri doktoru, professor Qurbanxan Müslümov, uzman doktor Aydın Talışinski və yazıçı-publisist Yunus Oğuz  mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://youtu.be/S4VUBNey8sk

S.Xankişiyeva

 

Paylaş:
600

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər