1news.az

“Qarabağ” - APOEL oyununun hakimləri açıqlandı

21 Oktyabr saat 17:14 bir dəqiqəlik oxu 94
“Qarabağ” - APOEL oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL matçının hakimləri müəyyənləşib.

1news.az qol.az-a istinadən xəbər verir ki, görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona yan xətdə Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net