“Qarabağ” Kiprdə APOEL-ə qalib gəldi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Kiprdə APOEL-ə qalib gəldi – VİDEO

09:20 - 07 / 08 / 2019
“Qarabağ” Kiprdə APOEL-ə qalib gəldi – VİDEO

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, mötəbər turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Kiprdə APOEL-in qonağı olublar.

Kifayət qədər gərgin keçən qarşılaşmada ilk hissədə hesab açılmayıb.

Görüşün 54-cü dəqiqəsində Mahir Emreli komandamızı hesabda irəli çıxarıb. Maqaye Qeye 70-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

Matçın son dəqiqələrində irəli atılan meydan sahibləri oyuna əlavə edilən sonuncu dəqiqədə qol vurmağı bacarıblar.

Beləliklə, səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” cavab qarşılaşması öncəsi növbəti mərhələyə çıxmaq şanslarını artırıb.

Qeyd edək ki, “"Qarabağ” Kipr klubunu mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Dünən bu komandalar arasında Yunanıstanda keçirilən görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
 
6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi
 
21:00. APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar:
 Mahir Emreli, 54, Maqaye Qeye, 70, Merkis, 90+5
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

1news.az

Paylaş:
655

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər