Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib – FOTO

15:10 - 09 / 08 / 2019
Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib – FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri gücləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, o cümlədən həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb. Bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənilir, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib.

Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.

Avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan məmnun olduqlarını qeyd edib, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər