1news.az

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov

26 Noyabr saat 17:53 ~ 1 dəqiqəlik oxu 5150
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov

İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COMCEC-in 36-cı sessiyasının açılış mərasimində deyib.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi çıxış edib. İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net