1news.az

“Qardaşım döyüşlərə könüllü qatılıb” - Şəhid bacısı

26 Oktyabr saat 12:05 ~ 1 dəqiqəlik oxu 1400
“Qardaşım döyüşlərə könüllü qatılıb” - Şəhid bacısı

Qardaşım döyüşlərə könüllü qatılıb və Azərbaycan ərazilərinin işğal altında olması ilə barışmırdı.

1news.az Trend-ə istinadən bildirir ki, bunu şəhid Dmitri Solntsevin bacısı Yuliya Solntsevna bildirib.

O qeyd edib ki, qardaşı Azərbaycan Neft və Sənaye Universitetini bitirib və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində çalışıb:

"O koronavirus infeksiyasının müalicəsi prosesində könüllü iştirak edib. Sentyabrın 21-də isə könüllü olaraq orduya yazılıb və təlimlərə qatılıb. Ermənilərin təxribatından sonra könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycanda yaşaması ilə fəxr edirdi. Azərbaycan torpaqlarının işğalı ilə barışmırdı. Elə ona görə də cəbhəyə könüllü yollandı və şəhid oldu".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net