“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb - FOTO

11:40 - 09 / 04 / 2020
“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb - FOTO

Aprelin 7-də “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin birinci mərhələsinə yekun vurulub.

1news.az xəbər verir ki, cari ilin 20 mart - 30 aprel tarixlərini əhatə edən onlayn müsabiqədə Böyük Britaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və Belarusiyadan olan iştirakçılar, həmçinin Bakı şəhəri və respublikamızın digər regionlarında fəaliyyət göstərən musiqi məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edir.

4 yaş qrupu (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) üzrə fərdi (solo) və kollektiv (ailədə zərb alətləri ilə məşğul olan bir neçə gənc olmaqla) formada təşkil olunan festival-müsabiqədə 20-si əcnəbi olmaqla 150 nəfərə yaxın iştirakçı qeydiyyatdan keçib.

Növbəti mərhələdə (7-19 aprel) iştirakçıların videoçarxları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" səhifəsində yerləşdiriləcək. Sosial şəbəkədə yerləşdirən videoçarxlar zərb alətləri üzrə ustadlardan ibarət Beynəlxalq münsiflər heyəti tərəfindən həvəskar və peşəkar səviyyələr olmaqla elektron formada, eləcə də ictimai rəy və səs sayları nəzərə alınmaqla qiymətləndiriləcək. Sonda qaliblər “Qran Pri” kuboku, diplom və sertifikatlarla mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaq və gənclərin ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, musiqi alətləri və mədəni irsimizin qorunması və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

1news.az

Paylaş:
500

Son xəbərlər

Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22
Bütün xəbərlər