1news.az

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirilib - FOTO

23 Sentyabr saat 11:50 ~ 2 dəqiqəlik oxu 474
Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirilib - FOTO

18 sentyabr 2019-cu il tarixində  Qazaxıstanda “Ədliyyənin idarəolunması: qlobal tendensiyalar və müsbət təcrübələr” adlı Beynəlxalq Ədliyyə Forumu keçirilib.

Tədbir Beynəlxalq Hakimlər Assosiasiyası və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyası ilə Qazaxıstanın Ali Məhkəməsi tərəfindən təşkil edilib.  Təntənəli keçirilən bu dünyamiqyaslı beynəlxalq iclasda 118 ölkəni 1100-dən çox iştirakçı təmsil edib. Onların sırasında Serbiya, Gürcüstan, Moldova, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəməsinin sədrləri və sədr müavinləri, ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrin Ədliyyə Nazirliklərinin vəzifəli şəxsləri, habelə dövlət məmurları və ədliyyənin sahəsi üzrə nüfuzlu beynəlxalq ekspertlər öz təcrübələri ilə bölüşüblər.

İclasda dünyada ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə sisteminin təşkil olunması, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, ədliyyənin düzgün idarəolunması ilə bağlı qarşıda duran vəzifələr, ədliyyəyə olan qlobal təhdidlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.

Qürurverici haldır ki, tədbirin açılışını və birinci hissənin moderatorluğunu həmyerlimiz Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ - SEPEJ) prezidenti hakim Ramin Qurbanov edib. 

Tədbirin birinci hissəsində açılış nitqləri ilə İngiltərənin məhkəmə sisteminin sabiq rəhbəri, hazırda Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsinin sədri Lord Vulf, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone, Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının prezidenti Mark Beer və Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanov çıxış ediblər.

Həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanovla, habelə Avropa və Asiya ölkələrinin digər Ali Məhkəmə sədrləri ilə ikitərəfli görüşlər keçirib.

Məlumat üçün bildirək ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası bütün Avropa məkanında ədliyyənin idarəolunmasının keyfiyyətinin gücləndilməsinə cavabdeh olan Avropa Şurasının ən nüfuzlu ixtisaşlaşmış qurumudur və buna görə təsadüfi deyil ki, ədliyyənin idarəolunması sahəsində beynəlxalq forumun açılışı bu komissiyanın rəhbərinə həvalə olunub.

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net