“Qoca”nın qardaşı həbs edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qoca”nın qardaşı həbs edilib – FOTO

14:35 - 20 / 01 / 2020
“Qoca”nın qardaşı həbs edilib – FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumaat görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun ("Qoca" ləqəbli) qardaşıdır.

S.Xankişiyeva

 

Paylaş:
627

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər