Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb

11:25 - 25 / 11 / 2020
Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb

Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Qafar Ağayev

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər