Region gəncləri üçün Səyyar Gənclər Xidmətinə başlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Region gəncləri üçün Səyyar Gənclər Xidmətinə başlanılıb – FOTO

14:46 - 08 / 10 / 2019
Region gəncləri üçün Səyyar Gənclər Xidmətinə başlanılıb – FOTO

Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün Gənclər Fondu tərəfindən “Səyyar Gənclər Xidməti” layihəsinə başlanıldı.

1news.az-ın verdiyi xəbərə görə, layihənin məqsədi gənclər evləri, gənclərin inkişaf və karyera mərkəzləri və digər sosial-xidmət müəssisələrinə gələ bilməyən gənclərə dövlət tərəfindən yaradılan imkan və xidmətləri yaxın etməkdən ibarətdir. Belə ki, peşəkar təlimçi, gənc həkim, müəllim, psixoloq və bloqerlərdən ibarət qrup ucqar kəndlərə səyahət edərək, orada yerli gənclər üçün gün ərzində müxtəlif tədbir keçirir, xidmətlər göstərirlər.

Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, onların daim dövlət qayğısı ilə əhatə olunması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələ və həyata keçirdiyi dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu gün dövlət başçısının təşəbbüsü ilə istər məşğulluq və sahibkarlıq, istər təhsil və təcrübə, istərsə də beynəlxalq təmsilçilik sahələrdə gənclərə yönəlik xüsusi proqramlar həyata keçirilir, onların fərdi inkişafı, əlavə bilik və səriştələrə yiyələnmələri üçün əməli tədbirlər görülür. “Səyyar Gənclər Xidməti” cənab Prezidentin bu istiqamətdə yaratdığı imkanların ucqar kəndlərdə yaşayan gənclərə təqdimatı və icrasına yönəlmiş növbəti layihə kimi çıxış edir.

“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil edilir.

Kitab sərgisi, müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları, şəxsi inkişaf ilə bağlı sessiyalar keçirilir, dövlət tərəfindən gənclər üçün mövcud xidmət və imkanlar, xüsusilə də ölkə daxilində və xaricdə təhsil, məşğulluq, sahibkarlıq və könüllülük fəaliyyətləri barədə təqdimatlar nümayiş olunur.

Səfər zamanı gənclər könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət, natiqlik və digər mövzularda qrup təlimləri keçirilir. Bununla yanaşı, həkimlər tərəfindən gənclərin tibbi müayinədən keçirilməsi təşkil edilir.

Layihənin əyləncəli hissəsində gənclərə öz istedadlarını nümayiş etdirmək üçün meydan verilib, fərqlənən gənclər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Layihənin ilkin mərhələsində Qazax, Şəmkir və Biləsuvar rayonlarında, ümumilikdə, 16 kəndə səfər edilməsi və 2000-dən artıq gəncin əhatə olunması planlaşdırılır.

Bu günə qədər Qazax rayon Daş Salahlı, Çaylı, Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndləri, Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı Seyfəli, Ağlavaşlı, Təzəkənd və Düyərli kəndləri, Biləsuvar rayonunun isə Xırmandalı, Ağalıkənd, İsmətli və Bağbanlar kəndlərində səfərlər keçirilimişdir.

Qeyd edək ki, “Səyyar Gənclər xidməti” hazırda Biləsuvar rayonunda təlimləri davam etdirir.

S.Xankişiyeva

Paylaş:
488

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər