Afra Saraçoğlu hava limanında saxlanıldı | 1news.az | Xəbərlər
Dünya

Afra Saraçoğlu hava limanında saxlanıldı

First News Media16:51 - Bu gün
Afra Saraçoğlu hava limanında saxlanıldı

Türkiyəli aktrisa Afra Saraçoğlu məşhurlara qarşı keçirilən narkotik istintaqı çərçivəsində hava limanında saxlanılıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, barəsində saxlanılma qərarı çıxarılan aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.

Saraçoğlu daha əvvəl sosial media hesabında paylaşım edərək işgüzar səfər üçün xaricdə olduğunu və ən qısa zamanda Türkiyəyə qayıdaraq ifadə verəcəyini bildirmişdi.

Araşdırma davam edir.

Qeyd edək ki, Türkiyənin Baş Prokurorluğu sentyabrın 18-də ictimaiyyətə aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan şübhəli şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, narkotik maddələrdən istifadənin asanlaşdırılması və ya bunun üçün yer təmin edilməsi ilə bağlı əsaslı şübhələri təsdiqləyən sübutların əldə edildiyini açıqlayıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər