Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı

16:15 - Bu gün
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı

Masallı rayonunda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi sexləri və sahəsi aşkarlanıb.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib.

Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmadığı, sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl edilmədiyi, eləcə də digər nöqsanların mövcud olduğu müəyyənləşdirilib.

Aşkarlanmış nöqsanlarla bağlı hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Həmçinin toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hazırda araşdırmalar davam etdirilir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər