Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO

Qafar Ağayev16:55 - Bu gün
Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) piramida sistemləri ilə bağlı maarifləndirici videomaterial hazırlayıb.

1news.az xəbər verir ki, materialda piramida sistemlərinin mahiyyəti, fəaliyyət prinsipi və əsas xüsusiyyətləri izah olunur.

Qeyd olunub ki, piramida sistemləri qısa müddətdə yüksək və zəmanətli gəlir vəd etməklə insanları cəlb edən riskli maliyyə sxemləridir. Bu sistemlərdə gəlir, bir qayda olaraq, real iqtisadi fəaliyyət hesabına deyil, yeni iştirakçıların yatırdığı vəsaitlər hesabına formalaşır.

Videoda vətəndaşlara belə sxemlərin əsas əlamətlərini tanımaq, şübhəli maliyyə təkliflərini qiymətləndirmək və qərar verməzdən əvvəl məlumatları yoxlamaqla bağlı tövsiyələr verilir.

MKA vətəndaşları şübhəli vədlərə deyil, yoxlanılmış və etibarlı məlumatlara əsaslanmağa çağırır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər