Xüsusi hərəkət zolaqları avtobusların hərəkətini rahatlaşdırır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi hərəkət zolaqları avtobusların hərəkətini rahatlaşdırır - FOTO

First News Media17:55 - Bu gün
Xüsusi hərəkət zolaqları avtobusların hərəkətini rahatlaşdırır - FOTO

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq avtobusların rahat, maneəsiz və vaxt itkisinə yol vermədən hərəkətinin təmin edilməsi məqsədilə Bakının Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, təşkil olunan xüsusi hərəkət zolaqları sayəsində müntəzəm və ekspres marşrutlar üzrə avtobusların hərəkəti daha rahat və fasiləsiz həyata keçirilir.

AYNA-nın məlumatına görə, xüsusi zolaqların tətbiqi avtobusların hərəkətinə maneələrin azalmasına, sərnişinlərin təyinat yerinə daha rahat və vaxtında çatmasına imkan yaradır.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər