Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

First News Media15:53 - Bu gün
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər