1news.az

Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

24 Oktyabr saat 17:10 bir dəqiqəlik oxu 1410
Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

1news.az-ın məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd olunub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net