Sabunçuda təzə tikilən körpüdə keçilməz vəziyyət yaranıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda təzə tikilən körpüdə keçilməz vəziyyət yaranıb – VİDEO

12:00 - 03 / 09 / 2019
Sabunçuda təzə tikilən körpüdə keçilməz vəziyyət yaranıb – VİDEO

Bakıda yağan yağış fəsadlar törədib.

Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb.

Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər. Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tuneldə suya bataraq qalmış iki maşının  vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib. Hazırda ərazidə aidiyyatı qurumlar gözə görünmür.

Bizimyol.info

S.Xankişiyeva

 

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər