Sahibə Qafarova kimdir? – Milli Məclisin qadın spikerinin TƏRCÜMEYİ-HALI | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova kimdir? – Milli Məclisin qadın spikerinin TƏRCÜMEYİ-HALI

12:40 - 10 / 03 / 2020
Sahibə Qafarova kimdir? – Milli Məclisin qadın spikerinin TƏRCÜMEYİ-HALI

Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclis sədrliyinə namizədliyi sürülən Sahibə Qafarova bu gün keçirilən iclasda səs çoxluğu ilə spiker seçilib.

1news.az VI Çağırış Milli Məclisin spikerinin tərcümeyi halını təqdim edir:

Sahibə Qafarova 1955-ci ildə anadan olub.

O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.

 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir.

70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Prof.Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub:

2002-ci ildə ABŞ Dövlət Departamentinin “International Visitor” proqramı;

2006-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ-ın Prinston şəhərində START/CAUCASUS Təlim proqramı çərçivəsində ETS treninqlərində iştirak edib;

2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin “Gender araşdırmaları” İnstitutunda çalışıb;

ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib;

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür;

IV və V Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı;

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü;

2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin gurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb;

2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçgınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub;

2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyyətinin rəbəridir;

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Qafar Ağayev

Paylaş:
9481

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər