Seçkilərlə bağlı müraciətlər bilərəkdən gecikdirilir? – Aydınlıq gətirildi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
1news.az-ın xəbərinə görə, M.Pənahov MSK-nın iclasda bildirib ki, bu məlumatların heç bir əsası yoxdur.
O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: “Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunun hanısa məqsədlər üçün edir”.
Qafar Ağayev
493