Ərdoğandan Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin “X” səhifəsində qeyd olunub.
“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə anıram”, - təbrikdə bildirilib.
Dostumuz, kardeşimiz Azerbaycan’ın başkenti Bakü’nün düşman işgalinden kurtuluş yıl dönümünü tebrik ediyor, Kafkas İslam Ordusu Komutanı Nuri Killigil Paşa’yı ve kahraman askerlerini rahmetle yâd ediyorum. 🇹🇷🇦🇿 pic.twitter.com/E3ssuICZqZ — Recep Tayyip Erdoğan (@RTErdogan) September 15, 2026












