Sel Qobustanda 12 evə ziyan vurub, avtomobil yolunu su yuyub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sel Qobustanda 12 evə ziyan vurub, avtomobil yolunu su yuyub

17:08 - 13 / 07 / 2020
Sel Qobustanda 12 evə ziyan vurub, avtomobil yolunu su yuyub

Qobustan rayonunda baş verən daşqın zamanı dəymiş ziyan aradan qaldırılıb.

1news.az bildirir ki, bunu Trend-ə açıqlamasında Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məharət Əkbərov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində çayda daşqın əmələ gəlib və çayın kənarında yerləşən Poladlı kəndində bir neçə evin həyətyanı sahəsinə ziyan dəyib: "Hadisə nəticəsində kənddə 12 evin həyətyanı sahəsi və zirzəmisinə su dolub. Çayın kənarında yerləşən Xilmilli kəndinin yolunu sel yuyub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikaları cəlb edilib, zirzəmilər və həyətyanı sahələrdən su çəkilib, xüsusi texnika vasitəsilə sel yuyan yol bərpa edilib. Hazırda rayon ərazisində vəziyyət sabitdir".

1news.az

Paylaş:
374

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər