"Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir" | 1news.az | Xəbərlər
Siyasət

"Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"

09:54 - 25 / 09 / 2018
"Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda hökümət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru deyib ki, 1932-ci ildə ölkəni Səudiyə Ərəbistanı adı aıtında birləşdirən Əbdüləziz əs-Səud Krallığın inkişafının əsasını qoyub. Diplomat Səudiyyə Ərəbistanının ötən müddət ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan danışıb.

Səfir Səudiyyə Ərəbistanının beynəlxalq və regional miqyasda artan mövqeyinə də toxunub. O, Səudiyyə Ərəbistanı Krallığının İslam dünyasının birliyi, əməkdaşlığı yolunda daim çalışdığını vurğulayıb.

O, ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin baş verdiyini vurğulayıb. Ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Mübariz Qurbanlı Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. O deyib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində dövlət başçılarımız arasında, eləcə də digər səviyyələrdə keçirilmiş çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verib.

Səudiyyə Ərəbistanı həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

P.Sultanova

Paylaş:
358

Son xəbərlər

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42
Bütün xəbərlər