"Napoli"nin futbolçusu Matias Olivera zədələnib | 1news.az | Xəbərlər
İdman

"Napoli"nin futbolçusu Matias Olivera zədələnib

1news Redaksiyası12:05 - Bu gün
"Napoli"nin futbolçusu Matias Olivera zədələnib

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İtaliyanın "Napoli" klubunun və Uruqvay yığmasının futbolçusu Matias Olivera zədələnib.

1news.az Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu millinin düşərgəsində olarkən xəsarət alıb.

Tibbi müayinələrdən keçən onun qasıq nahiyəsində zədələnmə aşkarlanıb. M.Oliveranın bu gün vaxtından əvvəl klubun məşq mərkəzinə qayıdaraq bərpa prosesinə başlayacağı bildirilib.

Qeyd edək ki, "Sabah" - "Napoli" matçı 2027-ci il yanvarın 20-də Bakıda keçiriləcək.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər