Testiniz neqativ çıxarsa, qan analizi verin – Həkimdən tövsiyə | 1news.az | Xəbərlər
Cəmiyyət

Testiniz neqativ çıxarsa, qan analizi verin – Həkimdən tövsiyə

11:29 - 10 / 07 / 2020
Testiniz neqativ çıxarsa, qan analizi verin – Həkimdən tövsiyə

Koronavirusa yoluxma şübhəsi olan insanlarda bəzən yalnız əlamətlər deyil, yaxma cavabı da çaşdırıcı vəziyyət yaradır.

Bunu Trend-ə həkim Elnur Eldaroğlu deyib.

Onun sözlərinə görə, yoluxma zamanı bədənin hərarəti 37.2-37.7, iy bilmə, dadbilmə itməsi, insanın daha əzgin və çox tərləməsi, davamlı spastik öskürək və təngnəfəslik müşahidə edilir:

"Bəzən bu əlamətlər olmayanda xəstəyə asimptomatik xəstə deyilir. Lakin məsələ bu deyil. Bir sıra hallarda döş qəfəsi tomoqrafiyası atipik pnevmoniyanı göstərdiyi və xəstədə 100% COVİD-19 virusunun əlamətləri olduğu halda yaxma analizinin nəticəsi neqativ çıxır. Bəzən isə xəstənin bütün cavablarının ideal olmasına baxmayaraq, analizin nəticəsi pozitiv olur. Çox az maliyyə, kiçik bir qan analizi ilə vaxt itirmədən müalicəyə başlamaq olar.

Əgər COVİD-19 testi (əsnəkdən və burundan) neqativ çıxıbsa, siz virusa yoluxduğunuzdan şübhələnirsinizsə, mütləq qanın ümumi analizini və CRP yəni c-reaktiv zülal analizini verin. Bəzi göstəricilər özünü göstərəcək - qanda leykositlərin (WBC) miqdarı düşəcək, neytrofillər və EÇS (Eritrositlərin çökmə surəti) yüksək, limfopeniya (limfositlər) enəcək. Döş qəfəsinin kompüter tomoqrafiyası və qeyd edilən bu analizlərin nəticəsi insanda pnevmoniyanın olduğunu təsdiqləyir".

S.Xankişiyeva

 

Paylaş:
835

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər