Türkiyədə koronavirus qurbanlarının sayı 1 000-i ötdü
Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 006 nəfərə çatıb. Bu gün 30 864 test keçirilib, 4 747 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 47 029 nəfərdir. Bu gün daha 281 pasiyent sağaldı, ümumi say 2 423 nəfərdir", - nazir deyib.
S.Xankişiyeva
947