1news.az

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

27 Oktyabr saat 18:44 ~ 1 dəqiqəlik oxu 1460
“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Müharibə şəraitinin gərginlikləri cəbhəyanı yaşayış məntəqələrində yaşayan uşaqlar arasında nevroloji, kardioloji, şəkərli diabet, göz xəstəliklərinin artmasına səbəb olub.

Hələ ana bətnində olan zaman ananın yaşadığı stress və həyəcanları hər bir uşaq öz körpə vücudunda hiss edir. Xüsusən 2016-cı il aprel döyüşlərindən sonra problemlərin başqa bölgələrə nisbətən artdığı müşahidə edilir.

Atəş altında doğulanların dünyaya gəldiyi ilk anlarda eşitdikləri atəş səsləri olur. Bu uşaqlar öz ilk çığırtıları ilə sanki "bəsdir, susun, mən yaşamaq istəyirəm" - deyə, müharibə törədənlərə, uşaqların al-əlvan dünyasını daraldanlara fəryadla səslənirlər. Ancaq təəssüf ki, onların bu fəryadı nə acgöz torpaq hərislərinin, nə də onların havadarlarının qulaqlarına çatır.

1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları AQUPDK sədrinin köməkçisi Fərid Ədilov, 8 gün erməni əsirliyində olmuş, Xocalı soyqrımının canlı şahidi Dürdanə Ağayeva, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, ailə və uşaq məsələləri üzrə mütəxəssis, psixoloq Əfsanə Rüstəmova mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://youtu.be/H_6wcDGxrTI

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net