Ərdoğan: “Terroru PYD-nin törətdiyi təsdiqlənib, 14 nəfər saxlanılıb”
“ PKK və PYD bu işdə əli olmadıqlarını nə qədər desələr də, Daxili İşlər Nazirliyi və kəşfiyyat təşkilatlarımızda bunun əksini sübut edən sənədlər və məlumatlar var ”.
1news.az TRT Haber-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edərkən deyib. O, ölkə daxilində keçirilən əməliyyatlarda bu məsələ ilə əlaqəsi olan 14 nəfərin saxlanıldığını açıqlayıb.
“İndi 14 nəfər saxlanılıb. Mənim təxminim elədir ki, bu 14 nəfərlə kifayətlənməyəcək, bunun davamı da olacaq”
R. T. Ərdoğan ümid etdiyini bildirib ki, indiyə qədər PYD və YPG-ni terror təşkilatı saymayan ABŞ və digər dövlətlər son hadisədən sonra mövqeyini dəyişəcək.
1news.az
1191