Deputat: “Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırmaq Məhəmməd Əmin Rəsulzadəni aşağılamaqdır” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırmaq Məhəmməd Əmin Rəsulzadəni aşağılamaqdır” - VİDEO

18:19 - 08 / 07 / 2020
Deputat: “Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırmaq Məhəmməd Əmin Rəsulzadəni aşağılamaqdır” - VİDEO

“Milli Şura”nın növbəti videokonfransından görüntülər yayılıb.

1news.az xəbər verir ki, bu dəfəki videokonfransda onlar Rahim Hacıyevə etiraz ediblər. Belə ki, Rahim Hacıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi, qurucularından olan Məhəmməd Əmin Rəsulzadə ilə eyni səviyyədə tutaraq Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" adlandırıb.

Milli Şuranın videokonfransında Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" elan edilməsi iddiasına Cəmil Həsənli və Vidadi Mirkamal etiraz edib.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə ironiya ilə “Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb. Bir-birlərini tərifləməyə etiraz edən "Milli Şura" üzvləri guya bu yolla dəyər itirdiklərini deyiblər.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, özünü Milli Şura kimi təqdim edən qurumun artıq növbəti siyasi şousunu keçirilib

“Onlar buna videokonfrans deyirlər, amma bu sözün əsl mənasında siyasi videoşoudur. Onların əvvəlki tədbirlərində də oxşar komediyanın şahidi olurduq. Milli Şuranın “Siyasi aktyorları” özlərin nə qədər siyasi savadsız olduğunu, dar düşüncəyə və dünya görüşünə malik olduqlarını göstərirdilər. Onların müzakirəsi siyasət deyil, siyasi anekdotu xatırladırdı, sanki bir-birinə lətifələr danışırdılar. Milli Şuranın son tədbirlərinin birində özünə siyasi mühacir deyən Qənimət Zahid belə bir ifadə işlədir ki, onun verilişinin başlanma vaxtıdı, ona görə konfransı tərk etməlidir.  Ona deyəndə ki, sizin burada olmağınız lazımdır, niyə tərk edirsiniz?, o, “mən çıxış etməliyəm və hökuməti şərləməliyəm, mənim işim budur” deyir. Yəni Qənimət Zahid öz verilişində çıxış etməyi belə əsaslandırı ki, onun işi hökuməti şərləməkdir. Tənqid etməkdən yox, məhz şərləməkdən ibarətdir, bu onların bütün mahiyyətini ifadə edir. Bu dəfə də Rahim Hacıyevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırması  kimi bir məsxərənin şahidi olduq. Rahim Hacıyev yaltaqlığın zirvə nöqtəsi hesab olunacaq bir davranış ortaya qoydu. Bu bənzətmə heç bir tənqidə dözmür. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir. Bu gün Əli Kərimlini Məhəmməd Əmin Rəsulzadə səviyyəsinə qoymaq, ən böyük biyabrçılıqdı, Rəsulzadəni aşağılamaqdır. “Bir kərə yüksələn bayraq, bir daha enməz” kimi məşhur ifadənin sahibini Rahim Hacıyev Əli Kərimliylə eyni səviyyədə tutmaqla endirmiş oldu”.

Deputat bildirib ki, Əli Kərimli Azərbaycanda 5-ci kolonun rəhbəridir.

“Əli Kərimli əslində antimilli ünsürləri Azərbaycanda formalaşdıran və onları idarə edə bir şəxsdir. Özü isə anti-Azərbaycan siyasi dairələrin əlində alətdir. Onu maliyyələşdirirlər, o da əl əli yuyar, əl də qayıdıb üzü yuyar prinsipi ilə çıxış edərək gecə-gündüz Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərir, Azərbaycandakı səfərbər olunmuş cəmiyyəti, vətəndaş həmrəyliyini pozmaqla məşğuldur. Əli Kərimli elə bir insandı ki, Azərbaycan neftinin ucuzlaşmasını toy-bayram kimi qeyd edir, öz “silahdaşlarını” bu münasibətlə təbrik edir. Azərbaycan Cocuq Mərcanlını, Lələtəpəni geri alarkən ermənilər bunu yas mərasimi, faciə kimi qarşıladılar, Sarkisyanı ittiham etdilər ki, bu gün bu ərazilərə qayıdan Azərbaycan əsgəri, sabah Şuşaya, Xankəndinə qayıdacaq. Bunu ermənilər deyirdilər, amma Əli Kərimli “Görək Cocuq Mərcanlıya necə nəfər qayıdacaq və qayıtsa belə orada neçə gün qala biləcək” dedi.  Yəni Əli Kərimlinin çağırışı bu idi ki, Cocuq Mərcanlıya qayıtmayın, qayıtsanız da ermənilər sizi məhv edəcək. Ona  görə də Azərbaycan xalqının ona haqlı olaraq mənfi münasibəti var, Əli Kərimli dönüklüyün və xəyanətkarlığın simvoluna çevrilib. Belə bir insanı Şərqdə ilk demokratik Respublikanın qurucusu ilə müqayisə etmək biyabrçılıqdı. Bu səbəbdən də Milli Şuranın digər üzvləri də hiss ediblər ki, Rahim Hacıyev çox böyük bir səhvə yol verib, onun səhvini düzəltməyə çalışıblar ki, belə ifadələr işlətməsin. Amma artıq gecdi. Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Pariyası özlərini Məhəmməd Əmin Rəsulzadənin tərəfdarı, onun ideyalarının müdafiəçiləri kimi təqdim etsələr də, bu son məsələ göstərdi ki, onlar təpədən dırnağa cümhuriyyət irsinin əleyhinə olan insanlardılar. Buna başqa ad qoymaq mümkün deyil”.

Qafar Ağayev

Paylaş:
958

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər