Bakıda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb - RƏQƏMLƏR
Bakı şəhərində avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb.
1news.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı şəhərində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.
AYNA-nın məlumatına görə, hesabat dövründə avtobuslarda nağdsız ödənişlərin payı 84,3 faizdən 89,1 faizə yüksəlib.
Nağdsız ödənişlərin 60 faizi BakıKart, 28 faizi EMV (bank kartları), 12 faizi isə QR kod vasitəsilə həyata keçirilib.
Qeyd olunub ki, ictimai nəqliyyatda rəqəmsal ödənişlərdən istifadə və sərnişin tələbatı artmaqda davam edir.
273












