Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib

1news Redaksiyası12:13 - 28 / 09 / 2026
Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32 440 uşağa xidmətlər göstərilib.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19 560 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər